Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb (FOTO)

news photo

16.10.2019 10:31 // Təhsil

Oktyabrın 15-də Təhsil naziri Ceyhun https://youthportal.azBayramov Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, C.Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək, bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu deyib. Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb. C.Bayramov ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib.

Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb.

Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi