Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil müəssisəsində bayram tədbiri keçirilib (FOTO)

news photo

18.03.2019 12:55 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 28 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, tədbir xalqımızın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə təşkil edilib.

Məktəbin direktoru Qənirə Əmircanova əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, Novruz bayramının tarixi əhəmiyyəti barədə danışıb.

BŞTİ-nin müdiri Rəşad Tağıyev tədbir iştirakçılarını Novruz münasibətilə təbrik edib, bayramın, həmçinin qədimdən bəri xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdırdığını bildirib. İdarə müdiri Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyib, bu bayramın yenidən Qarabağ torpaqlarında keçiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən qonaqlar xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə əziz tutduğu Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi, idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi