Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına başlanılıb

13.11.2019 18:05 // Təhsil
Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdir.
Tədris ilinin ilk aksiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub.
Aksiya çərçivəsində Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilir.
Tədbirdə valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri almasının məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırdığı vurğulanıb. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, qarşıya çıxan digər müvafiq sualların da aradan qaldırılmasına xidmət edir.
Qeyd edək ki, həyata keçirilən tədbirlər sayəsində I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki, 2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində isə bu göstərici 90 faizə yüksəlib.
Digər xəbərlər
Məktəbdə “Cahana sığmayan şair” adlı tədbir keçirilib
07.12.2019 11:43 // Təhsil
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
07.12.2019 11:17 // İdman
"Apple" 2020-ci ildə 5 yeni "iPhone" təqdim edə bilər
07.12.2019 10:48 // High-tech
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb
07.12.2019 10:29 // İdman
Cəbhədə atəşkəs 24 dəfə pozuldu
07.12.2019 10:00 // Qarabağ
Müəllimlər İsraildə “STEAM” təlimində (FOTO)
06.12.2019 17:41 // Təhsil
"WhatsApp" sabahdan kütləvi mesajları qadağan edir
06.12.2019 17:18 // High-tech
Muğam Mərkəzində növbəti xeyriyyə konserti - “Qəlbimin nəğmələri”
06.12.2019 17:04 // Cəmiyyət
ADNSU və Çinin Şimal-Şərqi Neft Universiteti əməkdaşlığa dair müqavilə imzalayıb
06.12.2019 16:50 // Təhsil
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib (FOTO)
06.12.2019 16:33 // Təhsil
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06.12.2019 16:17 // Cəmiyyət
Məktəblilərə QİÇS-lə bağlı məlumat verilib (FOTO)
06.12.2019 16:01 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 15:45 // Cəmiyyət
“Təmiz Şəhər” ASC-nin ərazisində 2 min ağac əkilib (FOTO)
06.12.2019 15:30 // Cəmiyyət
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq
06.12.2019 15:12 // Cəmiyyət
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb (FOTO)
06.12.2019 14:54 // Siyasət
“Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
06.12.2019 14:38 // Formula 1
Şənbə gününün hava proqnozu açıqlanıb
06.12.2019 14:28 // Cəmiyyət
Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə kikboksinq üzrə peşəkar turnir təşkil ediləcək
06.12.2019 14:13 // İdman
"Nasimi passion" vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019 14:11 // Cəmiyyət
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019 13:57 // Təhsil
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
06.12.2019 13:39 // İdman
Opera və Balet Teatrında “Viva opera” adlı qala- konsert olacaq
06.12.2019 13:25 // Cəmiyyət
Xəzər-Qafqaz seqmentindən bəhs edən monoqrafiya rus dilində çapdan çıxıb
06.12.2019 13:10 // Təhsil
İDEA İctimai Birliyi “TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub
06.12.2019 12:57 // Gənclər üçün
Bakı Uşaq Teatrı yeni tamaşanın premyerasına hazırlaşır
06.12.2019 12:34 // Cəmiyyət
”Vikipediya”da Azərbaycanın tanınmış qadın şəxsiyyətləri haqqında onlarla məqalə yaradılıb
06.12.2019 12:17 // Təhsil
Peşə Təhsil Mərkəzində təlim: gənclərin sahibkarlıq bilikləri artırılır
06.12.2019 12:01 // Təhsil
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
06.12.2019 11:45 // Cəmiyyət
UNEC “GreenMetric Ranking” metodologiyasını tətbiq edən universitetlər arasında 432-ci yerdə qərarlaşıb
06.12.2019 11:32 // Təhsil