Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil müəssisələrində Nəsimi irsi ilə bağlı müsabiqə

news photo

09.10.2019 13:00 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqəyə start verilib.

Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanın söz sənəti və tarixində yüz illərboyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaqdan ibarətdir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək müsabiqənin əsas hədəflərindəndir.

Müsabiqə şagirdlərdə ədəbi biliklərin artmasına, oxuyub-anlama bacarıqlarının, dil və nitq qabiliyyətlərinin, yaradıcı təfəkkür, düşünmə, müstəqil fikir bildirmə bacarıqlarının formalaşmasına xidmət edir. IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə 3 mərhələdən (məktəbdaxili, rayon və şəhər) ibarətdir.

Müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanacaq. Rayon mərhələsində hər rayon üzrə uğur qazanan 5 qalib müsabiqənin şəhər mərhələsində iştirak edəcək. Final mərhələsində isə nəticələrə uyğun olaraq 6 qalib müəyyənləşdiriləcək. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi