Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil müəssisələrində “İnsan hüquqları aylığı” (FOTO)

news photo

24.05.2019 15:30 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir. Belə ki, ümumi təhsil müəssisələrində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, dəyirmi masa, disput və inşa yazı müsabiqələri təşkil edilir.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, “İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlər keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Aylıq çərçivəsində məktəblilərlə “Hüquqlarımızı bilək”, “İnsan hüquqlarının qorunması milli birliyin müqəddəs rəmzidir”, “İnsan hüquqlarının müdafiəsi”, “İnsanların hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri” və digər mövzularda söhbətlər aparılır.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ilk dəfə insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edildiyi və Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı görülən işlərdən, bu sahədə əldə edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığından, tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyalarının dünyaya çatdırılmasından və Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs olunur, şagirdlərin sualları cavablandırılır.

Eyni zamanda, tədbirlərdə insan hüquq və azadlıqlarına həsr olunmuş fotostendlərə, məktəblilərin əl işlərindən ibarət sərgilərə baxış keçirilir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi