Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi üzrə müsabiqənin birinci mərhələsi başa çatıb

news photo

15.05.2019 13:00 // Təhsil

Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqənin birinci mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 744 nəfər qeydiyyatdan keçib. Onlardan 230-u Bakı şəhəri və Abşeron rayonu, 514-ü isə digər bölgələrdə işləyən təhsil işçiləridir. Qeydiyyatdan keçən namizədlərin məlumatları araşdırılıb və 403 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Növbəti mərhələnin iyun ayında keçirilməsi nəzərdə tutulur. Həmin mərhələdə namizədlərin məntiqi bilik və bacarıqları yoxlanılacaq. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onların müraciət formasında qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, müsabiqə “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçiləri yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi