Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil işçilərinin respublika konfransı öz işinə başlayır

news photo

11.09.2019 10:45 // Təhsil

Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı öz işinə başlayıb.

Youthportal.az xəbər verir ki, Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.

Təhsil işçilərinin respublika konfransında Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi