Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil İnformasiya Sisteminin yaradılması texniki yardım layihəsi icra edilir

news photo

27.08.2019 14:19 // Təhsil

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması texniki yardım (qrant) layihəsinin icrasının başlanmasına həsr edilən iclas keçirilib.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyindən Youthportal.az-a bildirilib ki, KOICA layihəni maliyyələşdirən donor təşkilatı kimi qarşıdakı 36 ay ərzində müəllim hazırlığının informasiyalaşdırılması üzrə Master Planın, Elektron Tədris Sisteminin, Multimedia Mərkəzinin yaradılması və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Data Mərkəzinin avadanlıqlarla təchizinə 6 milyon ABŞ dolları ayıracaq.

KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park çıxışında bu layihənin Koreya texnologiyasının “nou-hausu” və inkişaf təcrübəsinin bölüşülməsi nəticəsində müəllimlərin hazırlığı üçün elektron tədris sisteminin yaradılması və siniflərin keyfiyyətinin daha da yaxşılaşacağını qeyd edib.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov layihə iştirakçılarının səylə çalışacaqlarına əmin olduğunu bildirib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi