Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təhsil avtobusu-Nəsimi” yay məktəbi V-IX sinif şagirdlərini əhatə edəcək

news photo

09.07.2019 14:23 // Təhsil

İyulun 23-dən 29-dək “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu–Nəsimi” yay məktəbi keçiriləcək.

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki, “Təhsil avtobusu–Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək.

Yay məktəbi bu bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan V-IX sinif şagirdlərini əhatə edəcək. Yay məktəbi çərçivəsində şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, incəsənət, natiqlik, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

“Təhsil avtobusu” yay məktəbi respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018-ci illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbinə Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “PAŞA Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam”, “Şərq-Qərb” ASC-nin əməkdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart creative hub” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü Proqramı, “BD Kids”, “Code Tusi”şirkəti, “SABAH” qrupları, “Sabah” futbol klubu, “Şahanə” online mağazasının tərəfdaşlığı ilə həyata keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi