Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təhlükəsiz yol, yaxşı yol” layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

news photo

06.02.2019 11:04 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Təhlükəsiz yol, yaxşı yol” layihəsi çərçivəsində Binəqədi rayon Gənclər evində keçirilən tədbirin ekspert qismində növbəti qonağı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov olub.

İctimai Birlikdən Youthportal.az-a bildiriblər ki, polkovnik Vaqif Əsədov gənclərlə görüşdə yollarda təhlükəsizliyin təmin edilməsində belə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, bu istiqamətdə təkcə Dövlət Yol Polisi əməkdaşları deyil, vətəndaş cəmiyyətinin ən fəal təbəqəsini təşkil edən gənclər və gənclər təşkilatları da fəallıq göstərməlidirlər. Bu sahədə uğur qazanmaq üçün hər bir hərəkət iştirakçısı əlindən gələni etməlidir.

Sonra V.Əsədov gənclərin suallarını cavablandırıb.

“Təhlükəsiz yol, yaxşı yol” layihəsinin təlimçisi Xalidşah Səlimov bildirib ki, layihə çərçivəsində, həmçinin şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum sürət həddi, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. mövzularda qeyri–formal təhsil metodundan istifadə olunaraq təlimlər keçirilir.

Layihənin icrası fevralın sonunda başa çatdırılacaq.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi