Ru
Bakı
USD
EUR
GBP
RUB

“Tədqiqlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb

news photo

04.12.2019 19:00 // Təhsil

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Tədqiqlər” jurnalının 2019-cu il üçün üçüncü nömrəsi çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildirilib ki, məcmuənin bu nömrəsində müasir Azərbaycan dili, dil nəzəriyyəsi, türk dilləri və Hind-Avropa dillərinin tədqiqinə aid müxtəlif məqalələr öz əksini tapıb. Oxucular jurnalda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə yazılmış “Yusif Seyidovun Nəsimi yaradıcılığına münasibəti”, “Nəsimi yaradıcılığında dünya və insan konsepti” adlı məqalələrlə də tanış ola bilərlər.

Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, buraxılışa məsul filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevdir.

“Tədqiqlər” jurnalı ildə dörd dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi