Ru
Bakı
USD
EUR
GBP
RUB

Tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi yekunlaşıb (FOTO)

news photo

09.12.2019 12:40 // Təhsil

Paytaxt məktəblərinin “Kiçik Akademiya” üzvləri arasında təşkil olunmuş tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal.az-a bildirilib ki, müsabiqənin ilk mərhələsində hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək II mərhələyə təqdim olunub. II mərhələdə Təşkilat Komitəsi tərəfindən 30 tədqiqat işi seçilərək final mərhələsində (III mərhələdə) dinləniləcək. III mərhələdə isə 9 ümumi təhsil məktəbinin tədqiqat işi seçilərək müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə (2 məktəb I, 2 məktəb II, 2 məktəb III, 3 məktəb həvəsləndirici) layiq görüləcək.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqə şagirdlərin elmi axtarışlara sövq edilməsi, müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədlərinə xidmət edir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi