Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təbiətin sirləri” adlı elmi və bədii-publisistik kitabın ikinci hissəsi işıq üzü görüb

news photo

10.01.2019 18:05 // Təhsil

“Təbiətin sirləri” adlı elmi və bədii-publisistik kitabın ikinci hissəsi işıq üzü görüb.

Youthportal.az xəbər verir ki, kitabın müəllifləri unudulmaz təbiətşünas alim, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki, biologiya elmləri doktoru, “Şöhrət” ordenli Qara Mustafayev və onun yetirməsi, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Аnar Məmmədovdur.

Kitabda təbiətlə cəmiyyət arasında mövcud olan bəzi sirlər sual-cavab əsasında izah edilir. Kitabın redaktorları kimya elmləri doktoru, professor Əyyub Əzizov, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylı, geologiya-mineralogiya elmləri doktoru, professor-şair Hikmət Mahmud və biologiya elmləri doktoru, professor Canbaxış Nəcəfovdur.

Kitabın rəyçiləri isə tanınmış jurnalistlər Rövşən Ramazanlı və Ötərxan Eltacdır. Təbiət, insan, elm və poeziyanın vəhdətindən yaranan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi