Ru
Bakı
USD
EUR
GBP
RUB

Tbilisidə ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

news photo

04.05.2018 15:36 // Siyasət

Mayın 12-də Tbilisidə həvəskar idmançılar arasında Dünya kuboku festivalı keçiriləcək. Mayın 13-də isə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş WK-1 növü üzrə peşəkar idmançılar arasında beynəlxalq reytinq döyüşləri olacaq. Yarışın əsas təşkilatçısı "Qartal" Peşəkar İdman Klubu, Beynəlxalq RED Drakon təşkilatı və Gürcüstan Döyüş Növləri Konfederasiyasıdır.

“Qartal” klubunun prezidenti, beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın Əməkdar Məşqçisi Yaqub İbrahimov AZƏRTAC-a açıqlamasında deyib ki, hər iki yarışda 12 ölkədən 150-dən çox idmançı qalib adı uğrunda mübarizə aparacaq. Azərbaycanı bu festivalda və yarışmada 17 idmançı təmsil edəcək.

Peşəkar idmançılar sırasında 5 qat Azərbaycan, 3 qat Avropa çempionu, 1 dəfə Dünya Kubokunun sahibi Cavidan Cəfərli və 4 qat Azərbaycan, 2 qat Avropa çempionu və 1 dəfə Dünya Kubokunun sahibi olmuş Murad Babayev də var.

Mayın 12-də tatami üzərinə həvəskar idmançılar çıxacaqlar.

Ümummilli Liderin 95 illik yubileyinə həsr olunmuş yarışda isə peşəkarlar mübarizə aparacaqlar.

Qaliblər diplom, medal və reytinq kəməri ilə mükafatlandırılacaqlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi