Ru
Bakı
USD
EUR
GBP
RUB

Tbilisidə keçirilən beynəlxalq konqresdə Azərbaycan da iştirak edib

news photo

14.03.2019 22:55 // İqtisadiyyat

Azərbazcan  bu tədbirdə Sərdar Hacıyev təmsil edib.

YouthPortal Azərtaca istinadən xəbər verir ki , o, konqresdə çıxış edərək Azərbaycanda aqrar sahənin inkişafı, bu sahəyə yatırılan investisiyalar, yeni yaradılan aqrar sənaye müəssisələri, o cümlədən aqroparklar barədə məlumat verib.

Xüsusi təqdimatla çıxış edən S.Hacıyev bildirib ki, “Yalama Aqropark” ölkə üzrə yaradılmış ilk aqroparkdır. “Yalama Aqropark”da innovativ üsullardan və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə ölkədə ən yüksək məhsuldarlıq səviyyəsinə nail olunub.

Təqdimat maraqla qarşılanıb.

Konqresdə, həmçinin dünyada geni dəyişdirilmiş məhsulların istehsalının yaratdığı problemlərə toxunulub, təbii süd, ət və digər ərzaq məhsullarının istehsalının artırılmasının, aqrar sahəyə investisiya qoyuluşunun artırılması və digər məsələlər müzakirə olunub.

Yeni heyvan sortlarının yetişdirilməsi, müştərək heyvandarlıq müəssisələrinin yaradılması, ölkələr arasında ticarət əlaqələrinin qurulması məsələləri də diqqət mərkəzində olub.

news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi