Ru
Bakı
USD
EUR
GBP
RUB

T’Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti: UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk (FOTO)

news photo

29.10.2018 12:57 // Təhsil

Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti, professor Mohamed Salem ilə Qlobal Karyera İnstitutunun və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu UNEC-də olub.

Universitetdən Youthportal.az-a bildirilib ki, UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti barədə məlumat verib. UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə bakalavr, magistr pilləsi üzrə ikili diplom və mübadilə proqramlarından söz açan rektor, bu istiqamətdə İslam ölkələrinin universitetləri ilə də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Rektor UNEC-də dünyanın bir çox dövlətləri ilə yanaşı, islam ölkələrindən də əcnəbi tələbələrin təhsil aldığını xüsusi vurğulayıb.

UNEC-də olmaqdan məmnunluğunu bildirən Mohamed Salem Vollonqonq Universitetinin təhsil imkanlarından danışıb. Bildirib ki, ölkənin ən qocaman ali təhsil müəssisəsi olan Vollonqonq regionda elmi tədqiqatların tədrisi və innovasiyaların tətbiqi istiqamətində aparıcı mövqe tutur. Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən M.Salem, bu istiqamətdə UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, rəhbəri olduğu universitetə qəbulda hər il azərbaycanlı tələbələrin də yer aldığını qeyd edib.

Təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən bəhs edən O.Həsənoğlu beynəlxalq konfrans, forum və ortaq layihələrin həyata keçirilməsində UNEC-lə əməkdaşlıq etməyin hər iki tərəf üçün uğurlu olacağını bildirib.

Görüşdə universitetlər arasında bakalavr, magistratura və doktorantura pilləsi üzrə ikili diplom proqramlarının təşkili barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda tələbə-müəllim mübadiləsi, MBA və EMBA proqramları istiqamətində birgə təşəbbüslər, İslam maliyyəsi və bankçılığı sahəsində araşdırmaların aparılması, qonaq müəllimlərin mühazirələrinin təşkili də müzakirə mövzusu olub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi