Ru
Bakı
USD
EUR
GBP
RUB

“Tarixin canlı səhifələri” bu dəfə Tomris Xatun və Şəmsəddin Eldənizə həsr edilib (FOTO)

news photo

20.06.2019 10:05 // Gənclər üçün

İyunun 19-da Bakının Pirallahı rayonunda “Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçirilib. 

Nazirlikdən Youthportal.az-a bildiirlib ki, tarixi rekonstruksiya formatında keçirilən festivalın məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.

Tədbirdən öncə media nümayəndələrinə müsahibə verən  gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festival Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin banisi Şəmsəddin Eldənizə həsr edilib.

Qeyd olunub ki, layihə vətənpərvərlik tərbiyəsi məqsədini daşıyır və əsas ideya müxtəlif teatrların peşəkar aktyorları ilə yanaşı, tamaşada gənclər və tələbələrin kütləvi şəkildə iştirak etməsidir. “Düşünürəm ki, belə festivallar gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində atılan növbəti addımdır. Bu, imkan verir ki, gənclərimiz tariximizlə canlı şəkildə ünsiyyətdə olsunlar”, - deyə İ.Babayev əlavə edib. 

Tarixi faktlar əsasında hazırlanmış tamaşa açıq havada, dəniz kənarında orta əsrləri əks etdirən xüsusi dekorasiyalar vasitəsilə keçmişi tamaşaçıların gözü qarşısında canlandırıb. Tamaşada istifadə edilən atlar, dəvələr və yelkənli qayıq festivala toplaşanların böyük marağına səbəb olub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi