Ru
Bakı
USD
EUR
GBP
RUB

“Tarixin canlı səhifələri” bu dəfə Tomris Xatun və Şəməsddin Eldənizə həsr edilib

news photo

18.06.2019 13:10 // Cəmiyyət

19 iyun 2019-cu il tarixi saat 20.30-da Bakı şəhəri, Pirallahı rayonunda (Pirallahı Sənaye Parkında şpris zavodunun arxası)Gənclər və İdman Nazirliyi tərəfindən, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Pirallahı rayon icra hakimiyyəti, AMEA Tarix İnstitutu ilə birgə “Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçiriləcək.

Tarixi rekonstruksiya formatında keçiriləcək Festivalın məqsədi  gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək və xalqımızın tarixini onlara  əyani olaraq çatdırmaqdır.

Vll Gənclər Festivalı Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və Azərbaycan Atabəylər dövlətinin və Eldənizlərsülaləsinin yaradıcısı Şəməsddin Eldənizə həsr edilib.

Tarixi faktlar əsasında hazırlanmış tamaşa peşəkar aktyor və tələbələr tərəfindən nümayiş olunacaq.

Tamaşanın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi Yaqub Mahmudovdur.

Qeyd edək ki, “Tarixin canlı səhifələri” adlı festival  2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi