Ru
Bakı
USD
EUR
GBP
RUB

Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görülüb (FOTO)

news photo

04.12.2019 15:31 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, institutda YAP-ın ilk partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.

Tarix İnstitutundan Youthportal.az-a bildirilib ki, Lamiyə Qafar-zadə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adı ilə təltif olunub.

Xatırladaq ki, Lamiyə Qafar-zadə 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına, 2019-cu ildə isə “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi