Ru
Bakı
USD
EUR
GBP
RUB

Tanınmış pedaqoq Amonaşvili Bilik Fondunda oldu (FOTO)

news photo

27.12.2016 16:00 // Cəmiyyət

Müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı ŞalvaAleksandroviçAmonaşviliAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Fondda keçirilən görüşdə icraçı direktor Oktay Səmədov, Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq PaataAmonaşvili, Təhsil İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetin və Pedaqiji Kollecin əməkdaşları iştirak ediblər.

İcraçı direktor O.Səmədov qonaqlara Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.O bildirib ki, Fondun müxtəlif mövzularda Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə təşkil etdiyi mühazirələr, yeniyetmə və gənclərin yaradıcılığını cilalamaq və stimullaşdırmaq məqsədilə keçirdiyi sərgilər, müsabiqələr böyük maraqla qarşılanır.

Fondun fəaliyyəti ilə tanış olan Ş.Amonaşvili qısa zaman ərzində həyata keçirilmiş əhəmiyyətli layihələri, xüsusilə məktəblərlə sıx əlaqələrin qurulmasınıalqışladığını deyib. Alimin fikrincə, gənclərin sadəcə elmi biliklərə yiyələnməsi kifayət deyil, onların cəmiyyətə faydalı bir fərd kimi yetişdirilməsi üçün dünyagörüşləriningenişləndirilməsi və yaradıcılıq imkanlarının üzə çıxarılaraq inkişafına şərait yaradılması önəmlidir.Bilik Fondunun bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu deyən qonaq xatirə albomuna öz ürək sözlərini yazıb.

Sonra görüşdə müasir pedaqogikanın problemləri barədə fikir mübadiəsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti ŞalvaAleksandroviçAmonaşviliADPU-nun, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə 21-25 dekabr 2016-cı il tarixlərində Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda keçirilən II beynəlxalq konfrans-seminarda iştirak etmək üçün Bakıya gəlib.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi