Ru
Bakı
USD
EUR
GBP
RUB

Tanınmış jurnalistin futboldan bəhs edən kitabı dərc olunub

news photo

02.08.2019 16:39 // İdman

Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov 1974-cü ildən dövri mətbuatda müxtəlif mövzularda, o cümlədən futbol haqqında yazılarla çıxış edir. Onun indiyədək təkcə futbol barədə qələmə aldıqları təqribən 1500 kitab səhifəsi həcmindədir.

Youthportal.az xəbər verir ki, jurnalistin yenicə çapdan çıxan “Bir az da futbol(umuz)dan” kitabında ayrı-ayrı vaxtlarda yazılan həmin məqalə, araşdırma, müsahibə və oçerkləri toplanıb.

Kitabda məşhur məşqçilər Valeri Lobanovski, Helmut Şön, tanınmış futbolçular Yohann Kroyf, Bobbi Çarlton, Piter Şilton, Qarrinça, eləcə də dünya şöhrətli hakim, həmyerlimiz Tofiq Bəhramov, Azərbaycan futbolunun əfsanəsinə çevrilən Anatoli Banişevski, Əsgər Abdullayev, Yaşar Vahabzadə və başqaları haqqında müəllifin qələmindən çıxan maraqlı yazılar yer alıb. Burada, həmçinin Azərbaycan futbolunun müstəqillik illərində keçdiyi yol, ilk illərin çətinlikləri və ayrı-ayrı mütəxəssislərin rəyləri də əksini tapıb.

“Bir az futbol(umuz)dan” kitabının rəyçisi Əməkdar məşqçi Vaqif Sadıqovdur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Faktiki hava şəraiti açıqlandı

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi