Ru
Bakı
USD
EUR
GBP
RUB

Tamblinq və batut gimnastikası üzrə Azərbaycan çempionatları təşkil olunacaq

news photo

22.10.2019 18:45 // İdman

Azərbaycan Gimnastika Federasiyasının (AGF) yerli yarışlarının növbəti iştirakçıları tamblinq və batut gimnastikasının təmsilçiləri olacaq. Noyabrın 8-9-da tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, həmçinin batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və Birinciliyi keçiriləcək.

Youthportal.az AGF-ə istinadla xəbər verir ki, digər yarışlardan fərqli olaraq tamblinqçilər və batutçular ayrı-ayrı məkanlarda yarışacaqlar. Tamblinq yarışları noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarışlar isə ertəsi gün Bakı Olimpiya İdman Kompleksində baş tutacaq.

Tamblinq yarışlarında Bakı Gimnastika Məktəbi və “Neftçi” idman klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparacaqlar.

Batut gimnastikası üzrə yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.

Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edərək, nümunəvi çıxışlar göstərəcəklər.

Qeyd edək ki, tamblinq üzrə yarışa giriş sərbəstdir, batut gimnastikası üzrə turnirə isə biletlərin qiyməti 5 manat təşkil edir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi