Ru
Bakı
USD
EUR
GBP
RUB

Taekvondo üzrə açıq Bakı birinciliyində 550 idmançı iştirak edir (FOTO)

news photo

22.04.2019 13:22 // İdman

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə açıq Bakı birinciliyinə start verilib.

BŞGİBİ-dən Youthportal.az-a bildiriblər ki, “DAEDO İnternational” taekvondo sistemi ilə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda əvvəlcə Aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov Aprel döyüşləri zamanı şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, Prezident İlham Əliyev tərəfindən idmançılarımıza göstərilən diqqət və qayğıdan, onların beynəlxalq arenalarda qazandıqları uğurlardan bəhs ediblər.

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarışa start verilib. Yarışda 48 bölmə və klubdan 550 idmançı iştirak edir.

Üç gün davam edəcək birincilikdə 2002-2011-ci il təvəllüdlü taekvondoçular mübarizə aparırlar.

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediləcəklər.

Yarış yeniyetmələr arasında milli komandaya seçim xarakteri daşıyır.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi