Ru
Bakı
USD
EUR
GBP
RUB

“Synergy Baku”nun velosipedçisi Fransa turunda qalib oldu

news photo

27.04.2015 11:50 // İdman

Fransada keçirilən 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprel ayının 26-da keçirilən 172 km-lik 2-ci mərhələsi “Synergy Baku”nun velosipedçisi Matey Müqerlinin qələbəsi ilə başa çatıb. Məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finiş xəttini birinci keçib. Digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.

“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” – deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb. “Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış edən sloveniyalı idmançı Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi