Ru
Bakı
USD
EUR
GBP
RUB

Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər

news photo

31.08.2018 16:37 // High-tech

“Google”un mühəndislərdən ibarət komandası tərəfindən işlənib hazırlanan süni intellekt zəlzələdən sonra baş verən təkrar seysmik təkanları proqnozlaşdıra bilər.

Youthportal.az “naukatv.ru”ya istinadla xəbər verir ki, güclü zəlzələdən sonra bir neçə həftə və ya ay ərzində zədələnmiş ərazidə tez-tez təkrar təkanlar qeydə alınır. Bu da daha böyük dağıntılara səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Alimlər tərəfindən afterşokların yerini proqnozlaşdırmaq üçün istifadə edilən metodların səmərəsi, hələ ki çox azdır.

“Google AI” bölməsinin tədqiqatçıları bu problemi həll etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər. Alimlər afterşokların baş verə biləcəyi yeri öncədən proqnozlaşdırmağa cəhd etmək üçün dərin kompüter təlimi alqoritmlərinin köməyilə dünyada baş vermiş zəlzələlərin məlumat bazasını təhlil edib. Hazırlanmış sistem, hələ ki çox dəqiq işləmir, amma mövcud metodlarla müqayisədə təkrar zəlzələlərin yerini daha yaxşı proqnozlaşdıra bilər.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi