Ru
Bakı
USD
EUR
GBP
RUB

“Süni intellekt nədir? – Gənc alimlər izah edir.” adlı layihə keçirilmişdir (FOTO)

news photo

08.02.2019 12:41 // Gənclər üçün

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Süni intellect nədir? – Gənc alimlər izah edir.” adlı layihə həyata keçirilmişdir. 

Youthportal.az xəbər verir ki, layihə rəhbəri Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva layihə çərçivəsində iştirakçıların gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə:

1.Süni intellekt nədir?;

2.Dünyada bu sahəyə mövcud elmi yanaşmalar hansılardır?

3.Smart materiallar nələrdir?

4. Yekunda isə nəzəriyyənin tətbiqləri və nəticələrinə dair yanaşmalar, fəlsəfi-dini istiqamətli yanaşmalarla tanış olmuş, bu istiqamətdə fikir mübadiləsi aparadıqlarını bildirmişdir. O həmçinin qeyd etmişdir ki, təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, yarışma keçirilmişdir. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə əks etdirmişlər. Hazırlanmış posterlər (təqdimatlar) qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və hədiyyə ilə təltif olunmuşlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə etmişlər.Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilmişdir. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və qalib komandanın üzvlərinə fərqlənmə diplomları, həmçinin hədiyyələr təqdim olunmuşdur.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi