Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb

news photo

18.08.2019 10:45 // Təhsil

Sumqayıtlı əkiz qardaşlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nailiyyət qazanıblar. Belə ki, bu il Ağamalıyev ailəsinin iki övladı - Məhəmməd 694 balla, Əli isə 676 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar.

Şəhərin Təhsil Şöbəsindən Youthportal.az-a bildiriblər ki, orta təhsillərini fərqlənmə attestatı ilə başa vuran Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar. Əkiz qardaşlar gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmaq əzmindədirlər.

Ağamalıyevlər qardaşları kurikulum sistemi üzrə keçirilən ilk imtahanlarda iştirak ediblər. Məhəmməd bütün sualları tam - 700 bala uyğun cavablandırıb. Lakin bir sualı cavablandırarkən mexaniki qüsur səbəbindən səhvə yol verməsi ona ən yüksək nəticə əldə etməsinə mane olub.

Məhəmməd qəbul imtahanlarının həm də 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 22 dəfə pozulub

Bazar günü 22 dərəcə isti olacaq

“İradənlə qalib gəl!”

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi