Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtda uşaqlar üçün “Oxu, öyrən, əylən” adlı tədbir təşkil olunub

news photo

12.07.2019 16:23 // Cəmiyyət

Sumqayıtın Nəriman Nərimanov adına Parkda “Oxu, öyrən, əylən” adlı tədbir keçirilib. 

Youthportal.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan tədbir S. Vurğun adına Mərkəzi Kitabxanasının uşaq şöbəsinin 50 illiyinə həsr edilib. Tədbir çərçivəsində oxucularla birlikdə oxu saatı təşkil edilib, oxunan kitablara aid verilən suallar cavablandırılıb.

Balaca oxucuların və şəhər sakinlərinin böyük maraqla qarşıladığı və həvəslə qatıldığı tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda mütaliəyə marağı artırmaq, kitabın ünsiyyətə, dostluğa verdiyi tövhəni aşılamaqdı.

Sonra uşaqların iştirakı ilə “Şən startlar” oyunu keçirilib. “Sumqayıt -70” və “ Uşaq şöbəsi -50” komandaları arasında keçirilən oyunun iştirakçıları hədiyyələrlə mükafatlandırılıb.

Tədbir boyu yaşıllığın qoynunda uşaqlar müxtəlif stol üstü oyunlar (domino, şahmat dama və s.) və bir sıra unudulmaqda olan uşaq oyunları oynayaraq maraqlı vaxt keçiriblər.

Sonda “Yaya kitabla” başlığı altında hazırlanan sərgi haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi