Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtda “Tarixi mart həqiqətləri” adlı dəyirmi masa keçirildi

news photo

02.04.2018 14:06 // Siyasət

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Tarixi mart həqiqətləri” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları və ictimai-fəal gənclər iştirak etmişlər.

Youthportal xəbər verir ki, ilk öncə Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra iştirakçılara 1918-ci ildə törədilmiş soyqırımı hadisələri haqqında video çarx və Səməd Vurğun adına Mərkəzi Kitabxananın soyqırımı əks etdirən kitablarının xülasəsi nümayiş olunmuşdur.

Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Gənclər Evinin direktoru Pəri Vəliyeva tədbirdə çıxış edərək 1918-ci ildə Bakı və digər bölgələrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət barədə məlumat vermiş, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" imzaladağı fərmana əsasən hər il 31 Mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edildiyini bildirmişlər. Bildirildi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrinin bütün dünyada tanıdılması istiqamətində əməli işlər aparılır. Bu məqsədlə ölkə başçısının 1918-ci il azərbaycanlıların soyqrımının 100 illiyi haqqında sərəncamı xüsusi əhəmiyyət kəsb edir.

Digər çıxış edənlər Sumqayıt Dövlət Universitetinin tarix müəllimi Bədəlov Sarvan, tələbələr Miriyev Əli, Umud Cavid müxtəlif bütün dövrlərində ermənilərin çirkin niyyətlərini reallaşdırmaq üçün törətdikləri soyqırımından, şovinist erməni siyasəti və acı nəticələrindən danışmışlar.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi