Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyinə həsr olunan müsabiqələrin qalibləri mükafatlandırılıb

news photo

25.12.2018 12:46 // Cəmiyyət

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Sumqayıt Dövlət Rəsm Qalereyası və Azərbaycan Yazıcılar Birliyinin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıtın rəmzi olan "Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, dənizkənarı parkda "Sülh göyərçini” abidəsinin önündə yazıçı-publisist Hafiz İmamnəzərlinin aparıcılıq etdiyi tədbirə şəhər ictimaiyyətinin nümayəndələri qatılıb.

"Sülh göyərçini” abidəsi haqqında məlumat verilərək bildirilib ki, abidə 1978-ci ildə dənizkənarı parkda ucaldılıb.

Tədbir iştirakçıları abidə müəllifi, Əməkdar İncəsənət Xadimi, Sumqayıtın baş rəssamı Vaqif Nəzirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Xəyal Rza, AYB-nin Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, AYB-nin Qubadlı bölməsinin sədri Namiq Məna, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova və digərləri abidənin müəllifini təbrik edib, ona xoş arzularını çatdırıblar.

Sonra "Sülh göyərçini” abidəsinin 40 illiyinə həsr olunmuş şeir və rəsm müsabiqəsinin qaliblərinin adları elan edilib. Əməkdar jurnalist Rafiq Oday və Elvin Əlizadə şeir müsabiqəsinin qalibləri seçiliblər. Rəsm müsabiqəsinin nəticələrinə görə İlkin Şəmdinli I yerdə qərarlaşıb.

Tədbirdə rəssamlar və dekorativ tətbiqi sənət ustaları Ellada Həsənova, Günel Hüseynova, Cəmilə Hacınski, Nəsibə Şükürova, Zümrüd Məmmədova və Xuraman Səfərovanın əl işlərindən ibarət satış-sərgi və “Göyərçin abidəsi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak edən şagirdlərin rəsmlərindən ibarət sərgi nümayiş olunub.

Corat Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin ifasında musiqi nömrələri tədbirə əlavə rəng qatıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

İki əsrin hekayələri

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi