Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtda Könüllü gənclərin Şahmat Turniri keçirildi

news photo

05.07.2018 16:05 // Gənclər üçün

Sumqayıt Şahmat Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt “Asan Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Silahlı Qüvvələri”nin yaranmasının 100 illiyinə həsr olunmuş Sumqayıtın gənc könüllülərinin şahmat turniri keçirildi. 

Youthportal.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Tədbirdə çıxış edənlər Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov və Asan Xidmət Mərkəzinin könüllülər üzrə məsul işçisi Nərmin Cahangirova şahmat oyunun gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini bildirdilər. Həmçinin çıxışlarında Azərbaycan Rrespublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017 - 2021-ci illərdə” dövlət proqramının icrasından danışıb. Natiqlər bildirib ki, gənclərin inkişafı, onların dünya görüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə sənədlərin qəbulu və icrası həmişə gənclərin inkişafına böyük töhfə verib. Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, inkişaf strategiyası və dövlət proqramları var. Daha sonra bildirmişdirlər ki, son illər Azərbaycanda keçirilmiş mötəbər tədbirlər ölkəmizdə gənc könüllülər ordusunun formalaşmasına təsirini göstərmişdir. Artıq fəxrlə deyə bilərik ki, bu gün MDB məkanındakı bir sıra ölkələrdə gənclərlə bağlı keçirilən tədbirlərdə Azərbaycan gənclərinin təşkilatçılıq təcrübəsindən istifadə olunur. Azərbaycan könüllülərlə bağlı qanun qəbul edən ilk ölkələrdəndir. “Azərbaycan Gəncliyi” Dövlət Proqramında da ölkəmizdə könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı xüsusi bənd vardır. Çıxışlarda həmçinin Gənclər və İdman Nazirliyinin o cümlədən şəhər rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açıldı.Yarışmada şəhərin müxtəlif sahələrini təmsil edən 6 komanda iştirak edib.Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda I yerə Sumqayıt Gənclər Klubunun “Gold Boys”, II yerə Sumqayıt Asan Xidmət Mərkəzinin “MübarizÜ, III yerə Gənclər Evinin eyni adlı komandaları layiq görülmüşlər. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi