Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtda kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir

news photo

15.11.2019 11:56 // İdman

15-16 noyabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində dörd gimnastika növü – kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi keçiriləcək.

Youthportal.az xəbər verir ki, noyabrın 15-də qadın idman gimnastikası üzrə “balacalar”, “uşaqlar”, “yeniyetmələr” və “gənclər” yaş qruplarında yarışlar keçirilir.

Kişi idman gimnastikası üzrə gimnastlar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və böyüklər yaş qruplarında iştirak edir.

Noyabrın 16-da isə akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi yarışları baş tutacaq.

Yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi