Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtda “Bir də başdan” adlı görüş keçirildi (FOTO)

news photo

25.09.2018 17:33 // Gənclər üçün

Sumqayııt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Klubunun təşkilatçılığı ilə Gənclər Evində gənc aktyor, bədii qiraətçi Səfa Mehdinin “Bir də başdan” adlı gənclər ilə görüşü  keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov Sumqayıtda gənclərin poeziyaya olan marağının yüksəkdilməsi, yaradıcılıq bacarıqlarının üzə çıxarılması istiqamətində, motivasiya xarakterli təlim, seminar və görüşlərin mütəmadi olaraq keçirildiyini diqqətə çatdırmışdır.

2 saat davam edən görüşdə Bakı və Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən 170-ə yaxın gənc iştirak etmişdir. Görüşdə Səfa Mehdi tərəfindən uğur hekayəsi, gənclərin poeziya və şeirə olan marağı, motivasiya, həyatda baş verəcək gözlənilməz hadisələrin uğurla sonlandırılması kimi mövzularda fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.Gənclər Klubunun sədri Teymur Aslanlı bu cür təlimlərin gələcəkdə də  davam etdiriləcəyini vurğulamışdır.Sonda xatirə fotosu çəkilmişdir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi