Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıtda bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə işinə start verildi

news photo

28.11.2019 13:01 // Gənclər üçün

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 27 noyabr 2019-cu il tarixində Təhsil Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində ilk dəfə səs verəcək gənclər arasında dəyirmi masa keçirildi.

Youthportal.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, ölkə və şəhər rəhbərliyinin gənc nəsləgöstərdiyi qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışdı. Qeyd edildi ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası, gənclər arasında seçkilərdə iştirakın təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilməsidir.

Sonra təlimçi Ramil Süleymanov iştirakçılara seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verərək, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağını bildirdi.

Daha sonra gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmış, qarşılıqlı diskussiya təşkil edilmiş və iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır.

 

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi