Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıt Texnologiyalar Parkı “Təlim – iş” ödənişli təcrübə proqramına start verir

news photo

01.05.2019 16:07 // Gənclər üçün

Sumqayıt Texnologiyalar Parkı (STP) sonuncu kurs tələbələri və magistrları üçün yeni “Təlim – iş” ödənişli təcrübə proqramına start verir.

Youthportal.az xəbər verir ki, təcrübə proqramına əsasən perspektivli gənclərə 3-6 ay müddətinə aidiyyatı sahələr üzrə təlimlər keçiriləcək, onlara təhsil müəssisələrində öyrəndikləri bilikləri praktik tətbiq etmə imkanı yaradılacaq.

Məlumat üçün bildiririk ki, seçiləcək tələbələr ödənişli təcrübə proqramında iştirak edəcək və təcrübəçiyə mentor (supervayzer) təyin olunaraq, onlara iş həyatında özlərini göstərmək üçün imkan yaradılacaq. Təcrübə proqramını müvəffəqiyyətlə bitirən hər bir təcrübəçi ilə əmək müqaviləsi imzalanacaq və bazar tələblərinə uyğun əmək haqqı ilə təmin olunacaqlar.

Sizlərdən olan əsas tələblər:

1.Dil bilikləri ( rus və ingilis dillərinin hər ikisi olmaqla)2.Yalnız bakalavr sonuncu kurs tələbələri və magistrlar müraciət edə bilər3.Komanda ilə işləmək bacarıqlarının olması vacibdir.

Qeyd:Proqramda iştirak etmək istəyən tələbələrdən CV-lərini info@atgti.az mail ünvanına göndərməyiniz xahiş olunur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi