Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sumqayıt tələbələri” İctimai Birliyi Mədəniyyət nazirliyinin dəstəyi ilə Qubada təlim keçirdi

news photo

05.08.2019 15:31 // Gənclər üçün

19 iyul 2019-cu il tarixində Quba rayonu Qəçrəş qəsəbəsində Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.

“Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə layihə iştirakçılarını və qonaqları salamlayaraq, onlara layihənin məqsədləri -gənclərin ictimai fəallığının artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli olması, İntenet resurslarında səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumat verdi.

Tarixçi, ekspert “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının həm müəllifi Ramil Süleymanov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması, gənclərin bu istiqamətdə rolu və tarixi abidələrimizin qorunmasının vacibliyini qeyd etdi. Eyni zamanda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında internet texnologiyalarının, veb 2.0 alətlərlərinin istifadəsi qaydaları barədə təlim keçdir.Layihənin təqdimatında şəhərin və ümumtəhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi