Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıt şəhərində ilk dəfə beynəlxalq TEDx layihəsi keçiriləcək

news photo

12.12.2019 14:14 // Gənclər üçün

Əsas məqsədi iştirakçıları maarifləndirmək, şəxsi inkişafa yönəltmək olan “TED Talks” layihəsi peşəkar spikerlərin iştirakı dünyanın bir çox ölkələrində keçirilərək konfrans, çıxış və video-təhlilləri əhatə edir.

Youthportal.az xəbər verir ki, Sumqayıt şəhərində ilk dəfə olaraq baş tutacaq bu tədbir şəhərimizin 70 illik yubileyi münasibətilə 15 dekabr 2019-cu il tarixində Sumqayıt Dövlət Dram Teatrında keçirilmək üçün təyin olunmuşdur.

Sumqayıt şəhərindən, həmçinin, ölkəmizin digər bölgələrindən olan bir çox məşhur insanlar “TEDxSumgait” layihəsində spiker qismində çıxış etmək üçün dəvət edilmişdir. Bu səbəbdən, konfrans bütün iştirakçılara faydalı çıxışlar vasitəsi ilə təsirli, yenilikçi fikirləri olan insanları tanımaq fürsəti yaradacaq.

 

Tədbirdə “Risk” mövzusu ətrafında çıxış edəcək olan spikerlərin siyahısı aşağıdakı kimidir:

1.   Bəxtiyar Aslanbəyli – BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti

2.   Anar Məmmədov  – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Direktor müavini

3.   Zaur Darabzadə – "CinemaPlus" kinotetrlar şəbəkəsinin idarə heyətinin üzvü, baş direktor

4.   Vasif İsmayıl – Respublika Dövlət Gömrük Komitəsi Mərkəzinin Xəstəxanasında həkim, Azərbaycan Tibb Universitetinin Onkologiya İdarəsinin assistenti

5.   Esmira Avilova – “Ballı Bisi” şirkətinin təsisçisi

6.   Rəsul Həsən – Dizayner, rəssam, incəsənət xadimi

7.   Səbinə Qurbanova – Paşa Bankın rəqəmsal məhsullar üzrə rəhbəri

 

Musiqili qonaqların da tədbirdə çıxış edəcəyini nəzərə alaraq “TEDxSumgait” layihəsi hər bir iştirakçının marağına səbəb olacaqdır!

 

Əlaqə nömrələri:

+99455 823 7290

+99451 519 9845

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi