Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sumqayıt məktəblilərinin ekoloji düşərgəsi-3” layihəsi uğurla yekunlaşıb (FOTO)

news photo

06.09.2019 11:54 // Gənclər üçün

“Sağlam düşüncə” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən “Sumqayıt məktəblilərinin ekoloji düşərgəsi–3” layihəsi sona çatıb.

Gənclər Təşkilatından Youthportal.az-a bildirilib ki, ekoloji layihə Qusar rayonunda təşkil edilib. Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirməni artırmaq, ekoloji məsuliyyət formalaşdırmaq və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətlərində iştirak etmək olub.

Layihəyə qatılmaq üçün müraciət edən məktəblilərin hər biri ilə fərdi görüşlər keçirilib və iştirak etmək hüququ qazanan şagirdlər layihə komandası tərəfindən seçilib. Açıq havada təşkil olunan düşərgədə Sumqayıtda fəaliyyət göstərən 10 orta təhsil müəssisəsindən 35 məktəbli iştirak edib. Layihə müddətində Xəyalə Samoylova tərəfindən keçirilən yoqa və meditasiya dərsləri, peşəkar təlimçi Anar Məmmədov tərəfindən şagirdlərə komanda quruculuğunun aşılanması, fövqəladə hallar zamanı ilk yardım hallarının öyrədilməsi və digər məlumatlar məktəblilər arasında ümumi biliyin artırılmasında əhəmiyyətli rol oynayıb. Ekoloji düşərgəyə cəlb olunan məktəblilər həmyaşıddan-həmyaşıda metodologiyası vasitəsilə öyrəndiklərini yoldaşlarına ötürməklə daha böyük auditoriyanın faydalanmasına şərait yaradacaqdır.

Qeyd edək ki, bundan əvvəlki düşərgələrdə iştirak etmiş şagirdlərin təşəbbüsü ilə artıq Sumqayıt şəhərinin 10 orta məktəbində ekoloji klub yaradılıb. Bu layihədə isə 2019-2020 tədris ili üçün şagirdlərlə birlikdə yeni fəaliyyət planı müzakirə olunub. Layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün hazırlanmış həmyaşıddan-həmyaşıda əsaslı ekoloji maarifləndirmə proqramı ilə düşərgəyə qatılan şagirdlər təhsil aldıqları Sumqayıt şəhərinin orta təhsil müəssisələrində yaradılan klublar vasitəsi ilə məktəblərdə ekoloji maarifləndirmə fəaliyyətini genişləndirəcəklər.

Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək, məktəblilərin ekoloji maariflənməsini və ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaq.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi