Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” layihəsi keçirilir

news photo

02.09.2019 15:15 // Gənclər üçün

Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiyasiyasının tərəfdaşlığı ilə “Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” layihəsi həyata keçirlir.

Youthportal.az xəbər verir ki, Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirmənin genişləndirilməsi, həmçinin daha əvvəl həyata keçirilmiş layihənin nəticəsində formalaşdırılmış “Sumqayıt Məktəblilərinin Ekoloji klublar Şəbəkəsi”-nin fəaliyyətinin genişləndirilməsi məqsədillə Sumqayıt şəhərinin orta təhsil müəsissələrində təhsil alan məktəblilər üçün Qusar rayonunda 5 günlük tədris proqramı əsasında yay məktəbi təşkil edilib. 

Ekoloji düşərgəyə cəlb edilmiş məktəblilər həmyaşıddan-həmyaşıda metodologiyası vasitəsi ilə öyrəndiklərini yoldaşlarına ötürməklə daha böyük auditoriyanın faydalanmasına şərait yaradacaq və şagirdlər arasında ekoloji maariflənmənin artırılmasında əhəmiyyətli rol oynayacaqdır. 

Qeyd edək ki, layihə avqustun 30-da başlayıb və setyabrın 5-ə qədər davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi