Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıt məktəbliləri kütləvi “Oxu günü”nə qoşulublar (FOTO)

news photo

24.04.2019 10:21 // Təhsil

Azərbaycanda artıq ikinci ildir ki, aprelin 23-də kütləvi “Oxu günü” keçirilir. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu günü” layihəsinə bu il Sumqayıt şəhəri də qoşulub.

Youthportal.az xəbər verir ki, bununla əlaqədar olaraq Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında “Gəlin birgə oxuyaq!” şüarı altında tədbir keçirilib.

Məktəblərinin iştirakı ilə keçirilən və rəngarəngliyi ilə diqqəti cəlb edən, ədəbi-bədii obrazlarla zəngin kompozisiyalar, mövzu ilə bağlı sərgilər, Vətəni, biliyi vəsf edən şeirlər və musiqi parçaları, sözsüz ki, kitaba olan sevgi və meyili artırmaqla yanaşı, mütaliə mədəniyyətinin formalaşmasına da töhfəsini verəcək.

1996-cı il aprelin 23-dən dünyada keçirilən Oxu günün əsas məqsədi şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların dünyagörüşünün artırılmasında əvəzsiz rol oynayan mütaliəni müxtəlif üsullarla, fərqli yollarla üstünlüklərini aşılamaqdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi