Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıt kitabxanasında xeyriyyə tədbiri: “Sevgiylə paylaşaq”

news photo

23.07.2019 15:41 // Təhsil

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Sevgiylə paylaşaq” adlı xeyriyyə tədbiri keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan tədbirə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı da qatılıb.

Youthportal.az xəbər verir ki, tədbirdə çıxış edənlər xeyirxahlıq, mərhəmət və humanizm kimi ali dəyərlərdən söz açıblar. Bildirilib ki, yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək Azərbaycan xalqının yüksək milli-mənəvi, dini dəyərlərindən irəli gəlir.

Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan ahıllar bu xeyirxah addıma, dəyərli missiyaya görə təşəbbüskarlara və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Sonda imkansız ailələrə sovqatlar paylanılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi