Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıt Dövlət Dram Teatrı yeni ilə hazırlaşır (FOTO)

news photo

09.12.2019 16:25 // Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrı yeni ilə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Youthportal.az hazırlıq işləri barədə məlumat verilib:

"2019-cu il sona çatmaq üzrədir. Kiçikdən böyüyə hər kəs yeni il ab-havasına köklənibdir. Bu il doğma Sumqayıtımız üçün xüsusi ilə əlamətdar oldu.

Şəhərimizin 70 illiyi çərçivəsində biri birindən maraqlı, çeşidli, yüksək məzmun və məna yükünə malik tədbirlər silsiləsi gerçəkləşdi. Nəhayət , dövlət başçısı Cənab İlham Əliyev şəhərimizə gəldi, yeni mədəniyyət müəssisələrinin açılış mərasimində iştirak etdi. Şəhərin sosial-iqtisad, mədəni inkişafına töhfə vermiş bir qrup şəxs mükafatlandırıldı. Qürur duyuruq ki, Prezident İlham Əliyevin şəhər ictimaiyyəti ilə görüşü məhz bizim binada - Sumqayıt Dövlət Dram Teatrında baş tutdu.

Həmçinin əməkdaşlarımızdan bir neçəsi təltif olundu. Əlbəttə, bütün bunlar yaradıcılıq keyfiyyətinə stimul verir.

Sumqayıt Dövlət Dram Teatrı kollektivi məhz bu əzm və sevgi ilə fəaliyyətini davam etdirməkdədir. Dekabr ayında repertuarımız yenə də zəngindir. Ay ərzində Əli Əmirli “20 ildən sonra”, M.F.Axundzadə “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, Elçin “Qatil” axşam tamaşaları oynanılacaq. Cari repertaurda eyni zamanda uşaq tamaşaları da yer alır. Bunlar Abdulla Şaiq “Qaraca qız” və ərəb xalq nağılı əsasında səhnələşdirilən “Əlibaba və 40 quldur” tamaşalarıdır.

Təbii ki, yaradıcı heyətimiz məktəblilərin qış tətilini də yaddan çıxarmayıb. Odur ki, dekabrın 29-dən 3 yanvara qədər səhnəmizi “İlin şahı” adlı Yeni il tamaşası bəzəyəcək. İnanırıq ki, peşəkarlıqla ərsəyə gələn yeni il tamaşamız balacaların yaddaşında silinməz iz buraxacaq".

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi