Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sülh aylığı” çərçivəsində “Gənclər sülhə səsləyir” mövzusunda dəyirmi masa keçirilmişdir

news photo

11.09.2019 17:54 // Gənclər üçün

10 sentyabr 2019-cu il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində, Bərdə rayon Gənclər və İdman İdarəsinin, Bərdə regional “ASAN xidmət” mərkəzi və YAP Bərdə rayon  təşkilatının  birgə təşkilatçılığı ilə mərkəzin könüllüləri və  rayonun fəal gəncləri arasında,  21 avqust - 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində “Gənclər sülhə səsləyir”  mövzusunda dəyirmi masa keçirilmişdir. 

Youthportal.az xəbər verir ki, tədbiri giriş sözü ilə Bərdə  regional “ASAN xidmət” mərkəzinin könüllülər  üzrə məsul şəxsi Şamxal  Yaqubov açaraq bildirdi ki,  BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü”   kimi  qeyd olunur. O, həmçinin sülhün ölkəmiz üçün əhəmiyyətindən, Azərbaycan həqiqətlərinin sülhsevər ölkələrə  çatdırılmasında  gənclərin  rolundan da danışdı. 

Bərdə rayon Gənclər və İdman Idarəsinin baş məsləhətçisi Fidan Nəsirli bildirdi ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının iyirmi faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan ölkə üçün  xüsusi əhəmiyyət kəsb edir. 

YAP Bərdə rayon  təşkilatı Gənclər Birliyinin sədri   Elşən Məmmədov mövzu ilə bağlı çıxış edərək bildirdi ki, bu gün dünyada yüz milyonlarla insanın böyük ümid, arzularla təkrar etdiyi müqəddəs bir dəyər vardır – Sülh!         Rayonun fəal gənclərindən Tamam Hüsüzadə, Nəsibə Kərimova ,mərkəzin könüllülərindən  Bəxtiyar Bayramov, Ləman Fikrətli mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi