Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sülh aylığı” çərçivəsində Binəqədidə tədbir keçirilib (FOTO)

news photo

13.09.2019 16:14 // Gənclər üçün

12 sentyabr 2019-cu il tarixində Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq sülhün təmini hüquqi müstəvidə” mövzusunda tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, “Azərbaycan İdman Könüllüləri” İB-nin fəallarının iştirakı ilə təşkil edilən tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov açdı. R.Həsənov dəvət olunan qonağı idman könüllülərinə təqdim etdikdən sonra bildirdi ki, 21 sentyabr əksər dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibəti ilə respublikamızda 21 avqust- 21 sentyabr tarixləri “Sülh aylığı” kimi qeyd edilir və müxtəlif tədbirlər keçirilir. Daha sonra natiq bildirdi ki, idman könüllüləri ilə birgə təşkil edilən bu günkü tədbirin keçirilməsinin əsas məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.6 (Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ edən layihələrin həyata keçirilməsi) yarımbəndinin icrası ilə bağlıdır.

Daha sonra söz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq elmləri doktoru cənab İsaxan Vəliyevə verildi. Professor İ.Vəliyev “Beynəlxalq sülhün təmini hüquqi müstəvidə” mövzusunda məruzə ilə çıxış etdi. Natiq məruzəsində Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində daim sülhün təbliğatçısı və regionda sülhün təminatçısı olduğunu bildirərək, sülh mövzusunun ərazisinin 20 faizi işğal edilən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Professor eyni zamanda  qeyd etdi ki, müxtəlif sahələrdə sülhün və əmin-amanlığın təminatçısı kimi Azərbaycan gənclərinin, o cümlədən, könüllü gənclərin üzərinə böyük məsuliyyət düşür.

Tədbir zamanı qeyd olundu ki, son illər ölkəmizdə təşkil edilən mötəbər beynəlxalq mədəni tədbirlərdə və idman yarışlarında gənclərin könüllü olaraq yaxından iştirak etməsi könüllülük fəaliyyətinin gənclər arasında geniş yayılmasına və Azərbaycanın beynəlxalq müstəvidə imicinə müsbət təsir edir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi