Ru
Bakı
USD
EUR
GBP
RUB

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iki medal qazanıblar (FOTO)

news photo

07.01.2019 09:07 // İdman

Budapeştdə keçirilən stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub.

Stolüstü Tennis Federasiyasından Youthportal.az-a verilən məlumata görə, turnirdə qızlardan ibarət komandamız uğurla çıxış edərək iki medal qazanıb. Yarışların ikinci günündə fərdi birincilikdə mübarizə aparan Arzu Aslanova gümüş medala sahib olub. Bundan əvvəl isə Arzu Aslanovanın, Mərziyyə Nurmətovanın və Aysu Ağayevanın yer aldığı komanda fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirdə oğlanlardan və qızlardan ibarət komandalarımız məşqçilər Elnur Hidayətzadənin və Ramil Cəfərovun rəhbərliyi ilə mübarizə aparıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi