Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sparkassen Chess-Meeting”: Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir

news photo

17.07.2019 10:11 // İdman

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” Beynəlxalq Şahmat Turnirinin üçüncü turu başa çatıb.

Youthportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov üçüncü turda Riçard Rapportla (Macarıstan) qarşılaşmasında xalları yarı bölüb.

Qeyd edək ki, şahmatçımız ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə edib. İkinci turda isə almaniyalı Liviu Dieter Nisipeanunu məğlub edib. Üç turun nəticəsinə görə, şahmatçımızın aktivində 2 xal var.

Beynəlxalq turnir iyulun 21-də başa çatacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi