Ru
Bakı
USD
EUR
GBP
RUB

Sosial könüllülük məktəbi: qış məktəbi

news photo

04.02.2019 10:43 // Gənclər üçün

Könüllülük cəmiyyəti müsbət istiqamətdə dəyişdirməyə, irəli aparmağa söykənən bir fəaliyyətdir. Könüllülük toplumda insanlar arasındakı sosial əlaqələrin təkmilləşməsinə, dəyərlərin meydana gəlməsinə imkan yaradan fəaliyyətdir.

Youthportal.az xəbər verir ki, layihə çərçivəsində şəxsi inkişaf, liderlik, sosial könüllülük, sosial sferada karyera, həssas qruplarla iş və s. mövzular üzrə təlimlər keçiriləcək. Bundan əlavə, beynəlxalq layihələrdə könüllülük imkanları barədə də geniş məlumat veriləcəkdir.

Təlimlər qeyri-formal təhsil metodları ilə həyata keçiriləcəkdir.

Layihəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspertləri və xarici təlimçilər də dəvət olunacaqlar. Qış məktəbi çərçivəsində xarici ölkələrin sosial könüllülük təcrübələrinə də yer ayrılacaqdır.

Həmçinin iştirakçılara sosial xidmət sahəsində karyera qurmaqla bağlı məsləhətlər veriləcək.

Bu layihədə iştirak edərək gənclər gündən-günə inkişaf edən könüllü hərəkatının bir parçası olmaq, gələcəkdə uğur qazanmaq üçün lazımlı bacarıqlar qazanacaqlar.

İştirakçılara layihədə iştiraklarını təsdiq edən rəsmi möhürlü sertifikatlar təqdim olunacaq.

Layihədə iştirakçı sayı məhduddur, bu səsbədən qeydiyyatdan keçən iştirakçılar arasında ən yüksək motivasiyaya sahib olanlar seçiləcəklər.

Layihə 4 gün davam edəcək:

12 fevral, 11:00 – 16:00

13 fevral 11:00 – 16:00

14 fevral, 11:00 – 16:00

15 fevral, 11:00 – 16:00

Layihə çərçivəsində bütün günlərdə iştirak vacibdir.

Təlim günlərində Nahar və 2 dəfə çay fasiləsi iştirakçılar üçün ödənişsiz təmin olunacaqdır.

İştirak üçün qeydiyyatdan keçmək vacibdir. Qeydiyyat linki:https://goo.gl/forms/c3yufXJwkTAKcOIw1

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi