Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sosial elmlər” jurnalının ilk buraxılışı nəşr olunub

news photo

05.12.2019 17:45 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Sosial elmlər” jurnalının ilk buraxılışı işıq üzü görüb.

AMEA-dan Youthportal.az-a bildirilib ki, dərgidə yer alan məqalələr tarix, arxeologiya və etnoqrafiya, fəlsəfə və hüquq, siyasi elmlər və resenziyalar üzrə bölmələrdə təqdim olunur. Jurnalda elmi əsərlər Azərbaycan, rus və ingilis dillərində verilir.

Jurnalın baş redaktoru AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, baş redaktorun müavini A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, məsul katib isə Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadədir.

Qeyd edək ki, “Sosial elmlər” jurnalı AMEA Rəyasət Heyətinin 2019-cu il 17 iyul tarixli qərarı ilə təsis olunub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi