Ru
Bakı
USD
EUR
GBP
RUB

Soçidə keçiriləcək “KiViN-2019” yubiley festivalında Bakıdan üç komanda iştirak edəcək

news photo

11.01.2019 15:04 // Cəmiyyət

Yanvarın 12-dən 25-dək Soçidə Şən və Hazırcavablar Klubu komandalarının XXX Beynəlxalq yubiley festivalı (“KiViN-2019”) keçiriləcək. Festivalda Azərbaycanı üç komanda – “Krasnodar diyarı qubernatorunun Kuboku” Beynəlxalq festivalının laureatı “Bakı bulvarı”, Şən və Hazırcavablar Klubu komandaları Azərbaycan Regional Liqasının ikiqat çempionu “AzNeft” və liqanın 2016-cı il çempionu “BDU yığması” təmsil edəcəklər.

Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu, Azərbaycan Regional Liqası komandalarının “KiViN” festivalında artıq beşinci iştirakıdır.

Soçi festivalı beynəlxalq Şən və Hazırcavablar Klubu üçün ilin ən mühüm, kütləvi və əlamətdar hadisəsidir. Bu, qazandığı nailiyyətlərdən asılı olmayaraq, bütün komandalar üçün ənənəvi startdır. Məhz bu səbəbdən hər il festivala Rusiya, yaxın və bəzən uzaq xarici ölkələrdən yüzlərlə komanda gəlir. Builki festivalda müxtəlif ölkələrdən – Estoniya, Almaniya, Böyük Britaniya, İsrail, Özbəkistan, Qazaxıstan və digərlərindən 500-dən çox komanda iştirak edəcək.

Festival bir neçə turdan ibarətdir. İlk turun nəticələrinə görə komandalar müxtəlif statuslar alırlar. “Reytinq” onlara regionlararası və regional liqalarda iştirak hüququ verir. “Yüksək reytinq” sayəsində komandalar mərkəzi liqalarda çıxış edə bilərlər. İkinci tura yüksələn komandaları şəxsən Aleksandr Maslyakov qiymətləndirir. Onun yekunları Beynəlxalq, Birinci, Premyer və Ali televiziya liqalarına vəsiqə qazandırır.

Şən və Hazırcavablar Klubu komandalarının Azərbaycan Regional Liqası verdikləri dəstəyə görə Gənclər və İdman, Təhsil nazirliklərinə və Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirir.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi