Ru
Bakı
USD
EUR
GBP
RUB

SOCAR-ın mütəxəssislərinə sertifikatlar təqdim edilib

news photo

22.12.2016 18:45 // Cəmiyyət

Dekabrın 22-də SOCAR-ın baş ofisində müəssisə və təşkilatların fəaliyyət effektivliyinin artırılması istiqamətində həyata keçirilmiş “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, son illər şirkətin beynəlxalq standartlara cavab verən ən qabaqcıl effektiv idarəetmə sistemlərinə və texnologiyalarına malik beynəlxalq şirkətə çevrilməsi istiqamətində bir çox uğurlu layihələr həyata keçirilib. Bunlardan biri də SOCAR və “Ernst & Young” beynəlxalq məsləhətçi şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkətin idarə və müəssisələrində birgə reallaşdırılmış “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsidir. SOCAR-ın idarə və müəssisələrinin mütəxəssisləri layihə çərçivəsində optimallaşmanın istiqamətləri üzrə məsləhətçi şirkət tərəfindən keçirilən təlimlərdə iştirak edib və beynəlxalq təcrübə ilə tanış olublar.

SOCAR-ın iqtisadiyyat və uçot idarəsinin rəhbərliyi, həmçinin “Ernst & Young” şirkətinin nümayəndəsinin iştirakı ilə təlimləri müvəffəqiyyətlə başa vurmuş SOCAR-ın 24 mütəxəssisinə sertifikatlar təqdim edilib.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi